Bu qaydalar SaytService(www.sayt.ws) tərəfindən təklif edilən domen adlarının qeydiyyatı və bununla əlaqəli digər xidmətlərdən istifadə şərtlərini müəyyən edir. Domen adlarının qeydiyyat qaydaları SaytService-ə yeni domen adının qeydiyyat xahişi edildikdən və SaytService tərəfindən həmin xidmətin həyata keçirilməsindən dərhal sonra qüvvəyə minir. Yeni domeni qeydiyyatdan keçirərkən siz göstərilən qaydalarla razı olduğunuzu bildirirsiniz.

1. Xidmətin mahiyyəti
SaytService bütün İnternet istifadəçilərinə domen adlarının (məs. domain.com, sizin-sayt.net və s.) qeydiyyatı, eyni zamanda digər domen qeydiyyatçılarından SaytService-ə transfer olunması və bununla əlaqəli digər xidmətləri təklif edir. Domen qeydiyyatı kommersiya şərtləri əsasında keçirilir və müvafiq qiymətlər qeydiyyatdan əvvəl müştərinin nəzərinə çatdırılır. Hazırda SaytService .com, .net, .org, .info, .biz və s. tipli domen adlarını qeydiyyatdan keçirir. Domen adının qeydiyyatdan keçirilməsini asanlaşdırmaq üçün SaytService domen adının statusunu (azad və ya alınmış) müəyyənləşdirmək üçün xüsusi proqram da (whois) təklif edir.
Domen adlarının qeydiyyat müddəti qlobal qeydiyyatçıların müəyyən etdiyi qaydalara əsasən ən azı 1 il olaraq nəzərdə tutulur. Bu müddət ərzində SaytService domenlə əlaqəli digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tuta bilər.
2. Xidmət haqqı
Domen adlarının qeydiyyatı pullu xidmət hesab olunur və qeydiyyatın həcmindən, həmçinin qeydiyyat müddətindən asılı olaraq məbləğ SaytService-ə ödənilməlidir. Xidmət haqqı ödənildikdən və domen qeydiyyatının başa çatması SaytService tərəfindən təsdiq edildikdən sonra, eyni zamanda müştərinin müqavilə müddətində öz domen adından istifadə edib-etməməsindən asılı olmayaraq qeydiyyat üçün ödənilmiş məbləğ geri qaytarıla bilməz. Müqavilənin müddətindən asılı olaraq yeni domen adı həmin müddət ərzində domen sahibinin ixtiyarında olur.
Xidmət haqqının ödənilməsi, eyni zamanda bütün digər zəruri sənədləşmə əməliyyatları SaytService ilə əməkdaşlıq edən digər hüquqi şəxslər tərəfindən müvafiq ödəmə məntəqələrində həyata keçirilir. Müştəri ilə hesablaşmalar müxtəlif formalarda (nəqd, köçürmə, plastik kart və s.) reallaşdırıla bilər.
3. Müştərinin vəzifələri
SaytService-in domen adının qeydiyyat formasında istədiyiniz domen adını qeydiyyatdan keçirdikdən sonra daxil etdiyiniz informasiya Sayt Service tərəfindən qəbul edilərək doğruluğu yoxlanılır. Yeni domen adının qeydiyyatı yalnız sizin tərəfinizdən qeydiyyat üçün lazım olan zəruri informasiyanın, həmçinin xidmət haqqının SaytService-ə təqdim edildikdən sonra qövvəyə minir. Bundan sonra istifadəçiyə email, telefon və ya faks vasitəsilə qeydiyyat mərhələsinin vəziyyəti və qeydiyyatın bitirilməsi üçün zəruri məlumat bildirilir. Bu bildirişdən sonra 1 ay müddətində siz domen qeydiyyatı üçün nəzərdə tutlmuş məbləği müvafiq ödəmə məntəqələrində ödəyərək Sayt Service ilə müqavilə bağlamalısınız. Bu müddət ərzində qeydiyyat üçün müraciət olunmazsa, siz həmin domenlər üçün təkrar qeydiyyat xahişi etməlisiniz.
4. SaytService-in vəzifələri
SaytService domen adının qeydiyyatı üçün zəruri informasıyanın müştəri tərəfindən tam və səhvsiz təqdim edildikdən yalnız sonra qeydiyyat prosedurasına başlaya bilər. Eyni zamanda SaytService sizə məxsus olan bu informasiyanın digər məqsədlərlə istifadə olunmamasına tam təminat verir.
SaytService sizin tərəfinizdən təqdim edilmiş və domen qeydiyyatı üçün lazım olan istənilən növ informasiydakı xətalara görə məsuliyyət daşımır. Sayt Service istisna hallarda istənilən istifadəçi tərəfindən göndərilmiş domen qeydiyyatı xahişini rədd edə bilər.
5. Digər qaydalar
Bu qaydalar Sayt Service və domen qeydiyyatçısının maraqlarına uyğun olaraq optimal şərtlərə əsaslanır. Buna baxmayaraq Sayt Service göstərilmiş domen qeydiyyatı qaydalarını istənilən vaxt istənilən formada dəyişmək hüququnu saxlayır və bu zaman cari müştərilər bu barədə müvafiq bildiriş alacaqlar.